Azərbaycanın U 17 millisi Belarusda İnkişaf Kuboku turnirində iştirak edəcək

10.02.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью