Azərbaycanın U 17 millisi ikinci oyununu keçirəcək

11.10.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək. 11 oktyabr 20:00. İsrail (U-17) - Azərbaycan (U-17) "Park de Sport" stadionu, Sen-Pol-le-Daks Baş hakim: Marius Hansen Qrotta (Norveç) Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) Dördüncü hakim: Gillaume Paradis (Fransa

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью