Azərbaycanın U 17 millisi seçmə mərhələdəki ilk oyunda məğlub olub

24.10.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

“Cebheinfo.az” xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Kişineu şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью