Azərbaycanın U 17 qızlar millisi Bakıda toplanışa başlayıb

04.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 9-dək davam edəcək hazırlıq çərçivəsində u-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Görüşlər sentyabrın 6-da, saat 16:00-da və sentyabrın 9-da, saat 11:00-da "Dalğa Arena"nın ehtiyat meydanında keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью