Azərbaycanın U 17 yığması ikinci oyununa çıxır

11.10.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

News24.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Matçı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью