Azərbaycanın U 19 millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

18.02.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roxana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью