Azərbaycanın U 19 millisi Gəncədə 3 yoxlama oyununa çıxacaq

25.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Sentyabrın 21-dən Gəncədə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 3 yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın məlumatına görə, 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi kollektiv bu gün "Kəpəz"in əvəzedici komandası ilə qarşılaşacaq.

Gəncə şəhər stadionunun köməkçi meydanında baş tutacaq görüş 17:00-da başlayacaq. 

U-19-un digər snaq matçlarına gəlincə, yığma sentyabrın 29-da 1-ci Liqa təmsilçisi "Gəncəbasar", oktyabrın 2-də isə "Kəpəz"in əsas komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, millinin təlim-məşq toplanışı oktyabrın 3-də yekunlaşacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью