Azərbaycanın U 19 millisinin heyətində dəyişiklik EDİLDİ

03.06.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью