Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Monteneqro ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl yoldaşlıq görüşündə Minskdə Belarusa 1:3 hesabı ilə uduzub.