Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Gununsesi.info xəbər verir ki, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.
“Liv Bona Dea Arena” stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-pen) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson, (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.