Azərbaycanın U17 millisi Macarıstana böyük hesabla uduzdu

13.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib.. Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma macarların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Rumıniya Yunanıstanla qarşılaşacaq.
13 noyabr

14:00.Macarıstan (U-17) - Azərbaycan (U-17) - 4:0

Qollar: Qolik, 7, Petrok, 12, Qsoka, 27, Qalambos, 53
Baş hakim: Ion Orlic (Moldova)
Tunari stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью