Azərbaycanın U17 millisinin ikinci mərhələdəki rəqibləri bəlli olub

06.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью