Azərbaycanın U17 millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi

06.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025-ci illər mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

AFFA-dan "Unikal"a verilən məlumata görə, İsveçrənin Nyon şəhərində reallaşan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью