Azərbaycanın U18 millisinin heyətində dəyişiklik

25.11.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью