Azərbaycanın U18 millisinin heyətində dəyişiklik edilib

25.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisininn heyətində dəyişiklik edilib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью