Azərbaycanın U19 millisi 7 cavabsız qolla uduzdu

26.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Unikal" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti görüşlərini Estoniya və İsveçrə kollektivlərinə qarşı keçirəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью