Azərbaycanın U19 millisi bu gün Estoniya ilə qarşılaşacaq

29.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı finlandiyalı baş hakim İfeoma Kulmala idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrə kollektivinə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью