Azərbaycanın U19 millisi bu gün Estoniya ilə qarşılaşacaq AZƏRTAC

29.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı finlandiyalı baş hakim İfeoma Kulmala idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrə kollektivinə məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью