Azərbaycanın U19 millisi bu gün İsveçrə ilə qarşılaşacaq Yeni Çağ Media

26.11.2024

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Görüşü ukraynalı referi Kristina Kozoroq idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını Estoniya və İsveçrə seçmələrinə qarşı keçirəcək.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью