Azərbaycanın U19 millisi seçmə mərhələdə çıxışını başa vurub

02.12.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gəlib.Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələni dördüncü – sonuncu pillədə başa vurub.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью