Azərbaycanın U19 millisi seçmə mərhələdə ilk oyununu keçirib AZƏRTAC

26.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 noyabr, AZƏRTAC

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti görüşlərini Estoniya və İsveçrə kollektivlərinə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью