Azərbaycanın U19 millisi seçmə mərhələdə son oyununa çıxacaq AZƏRTAC

02.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gələcək.

Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim Kristina Kozoroq idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью