Azərbaycanın U19 millisi Şimali İrlandiya, Albaniya və Monteneqro ilə qarşılaşacaq AZƏRTAC

06.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aylarında keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью