Azərbaycanın U19 yığmasının rəqibləri bəlli oldu

06.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub. 
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. 
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib. 
İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью