Azərbaycanın U19 yığmasının rəqibləri müəyyənləşdi

05.12.2024

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Adalet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 13-cü qrupda Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью