Azərbaycanın U19 yığmasının rəqibləri müəyyənləşdi

05.12.2024

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 13-cü qrupda Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью