Azərbaycanın U19 yığmasının rəqibləri müəyyənləşib

06.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью