Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə finala yüksəlib

15.03.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın üç boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəliblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb.

O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью