Azərbaycanın üç cüdoçusu Böyük Dəbilqə də ilk görüşdə uduzub YENİLƏNİR

30.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulur.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın üç təmsilçisi ilk görüşdən sonra mübarizəni dayandırıb.

90 kq çəki dərəcəsində Vüqar Talıbov gürcüstanlı Akaki Çaparidzeyə məğlub olaraq turnirlə vidalaşıb.

+100 kq-da Kənan Nəsibov ukraynalı Yakov Xammoya uduzub. Bu çəkidə çıxış edən digər Azərbaycan təmsilçisi Uşanqi Kokauri isə startda sərbəst olub.

Qadınların yarışında +78 kq çəki dərəcəsində Mədinə Qaysinova rusiyalı Elis Startsevaya məğlub olaraq mübarizəni başa vurub.

Hazırda Azərbaycan millisinin aktivində bir medal var. 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli bürünc mükafata sahib olub.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin qalibləri 1000, gümüş medalçılar 700, bürünc mükafatçılar isə 500 reytinq xalı qazanacaqlar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью