Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

11.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıblar.

"Unikal" xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.

28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın "Sele" klubuna uduzub - 2:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью