Azərbaycanın uğurları və prioritetləri bir daha dünyaya bəyan olundu | Icma.az
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclis nümayəndə heyətinin Rumıniyaya səfəri məhsuldar keçib Bir neçə gün əvvəl Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclası keçirilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin başçılığı ilə Milli Məclisin nümayəndə heyəti də iştirak edib.
QDİƏT ilə münasibətlər Azərbaycanın xarici siyasətində diqqət yetirdiyi məsələlərdəndir.
Respublikamız qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirir.
QDİƏT-in Parlament Məclisi isə üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur.
Eldar Quliyevin sözlərinə görə, respublikamız QDİƏT PM-nin 13 üzvündən və təsisçilərindən biridir və hazırda bu quruma sədrliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova həyata keçirir.
Azərbaycanın «yaşıl enerji» layihələri davamlı inkişafın parlaq nümunəsidir QDİƏT PM-nin İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasına gəldikdə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirdi ki, iclasda «yaşıl» gələcəyə doğru, Qara dəniz regionunda yeni texnoloji həllər sahəsində səmərəli əməkdaşlıq, «yaşıl enerji»yə keçid, enerji resurslarından düzgün istifadə məsələləri müzakirə olundu.
Tam oxu
Xəbəri oxu