Azərbaycanın uğurlu ev sahibliyi, Qərbin fiaskosu... COP29 daha nələrlə YADDA QALDI? | Icm…
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi Qərb dövlətləri, beynəlxalq QHT və media orqanlarının riyakarlığı və qarayaxma kampaniyalarına rəğmən, Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını yüksək səviyyədə təşkil etməklə böyük uğura imza atdı.Ev sahibi kimi tədbirdə yaratdığı tolerant ortamla Qlobal Cənub ilə Şimali bir araya gətirməyi, onları bəşəriyyət üçün önəmli mövzuların müzakirəsinə cəlb etməyi bacardı.
MÖVZU İLƏ BAĞLI:Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ Böyük əzm və çalışqanlıq öz sözünü dediRəsmi Bakı 196 ölkədən 80-ə yaxın dövlət və hökümət başçısını, 72 min nümayəndəni dünyanın, təbiətin, gələcəyin nicatı üçün bir masa ətrafına uğurla toplamağa müvəffəq oldu.
Nəticədə insanlıq, bəşərriyyət üçün önəmli olan bir çox razılaşmalar əldə olundu, mühüm qərarlar qəbul olundu.Beləliklə, Bakıda keçirilən COP29-da ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edildi.Azərbaycanın rəhbərliyi ilə gerçəkləşən COP29 Sədrliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə tarixi razılıq əldə etdi.
Bu razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə dəstək vermək üçün hər il 300 milyard dollar öhdəlik götürdü.Bu, temperaturun sürətlə yüksəlməsi ilə mübarizə çərçivəsində inkişaf etmiş ölkələrin mövcud vəsaiti üç dəfə artırması deməkdir.
Həmin vəsaitlər iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa yönəldiləcək.
2035-ci ilə qədər tələb edilən 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin əvəzinə 300 milyard ayrılması iştirakçı tərəflərin tam da arzuladığı nəticə olmasa da, hədəfinə doğru mübarizədə mühüm nailiyyətdir.
Əldə edilmiş tarixi razılaşma iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm irəliləyişdir.Onu da qeyd edək ki, COP29 zamanı “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü” adlanan mexanizm - BICFIT formalaşdı.Bu, çoxtərəfli iştirakçılıq dialoqunun təmin olunması ilə iqlim maliyyəsi, investisiya və ticarətinin, milli, regional və subregional platformaların inkişafı üçün qlobal çoxtərəfli tərəfdaşlığı ehtiva edir.
Tam oxu
Xəbəri oxu