Azərbaycanın Ümumdünya Poçt İttifaqının iki Şurasına namizədliyi irəli sürülüb

10.06.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.

525.az-a bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, sentyabrın 7-19-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək ÜPİ-nin 28-ci konqresi ilə bağlı bu yaxınlarda Bakıda keçirilən hazırlıq tədbirində baş verib.

Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə Heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə Heyətinin üzvü Elgün Rəsulov təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью