Azərbaycanın üzrlə bağlı tələbinə Kremldən reaksiya

27.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Kreml istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Bununla yanaşı, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O isə suala “Əlbəttə, görmüşük. Artıq bildirdiklərimə əlavə edəcək bir şey yoxdur” deyərək cavab verib. 

Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.

Xatırladaq ki, dünən “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью