Azərbaycanın üzvlüyünü kim bloklayıb? Üzdə Hindistan, arxada RUSİYA | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) 25-ci liderlər sammitində Azərbaycanın üzvlüyünün Hindistan tərəfindən bloklanması ciddi rezonans doğurub.
Hindistanın bu hərəkəti Azərbaycanın Pakistana dəstəyi ilə də əlaqələndirilib.
Lakin Azərbaycanın ŞƏT üzvlüyünün bloklanması ilə əlaqədar yeni məlumatlar ortaya çıxıb.
Belə ki, Hindistanın bu təşəbbüsdə tək olmadığı, prosesdə Rusiyanın əli olduğu barədə xəbərlər yayılıb.
Mətbuatda dərc edilən xəbərlərdə deyilir ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib.
"Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb", - APA yazıb. Hələlik Rusiya tərəfi açıqlama verməyib.
Hindistan Xarici İşlər Nazirliyi isə bildirib ki, həm Azərbaycan, həm də Ermənistan ŞƏT-ə üzv olmaq üçün müraciət edib.
Tam oxu
Xəbəri oxu