Azərbaycanın valyuta ehtiyatları ilə bağlı xoş xəbər KONKRET

29.10.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, mövcud ehtiyatlar 40 ay ərzində ölkənin mal və xidmət idxalının maliyyələşdirilməsi üçün yetərlidir:

“Beynəlxalq təcrübəyə əsasən, bu göstəricinin norması 3 ay təşkil etməlidir. Azərbaycanda isə bu rəqəm 40 aya bərabərdir ki, bu da olduqca böyük maliyyə yastığıdır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью