Azərbaycanın və Türkiyənin dövlət xadimlərini öldürən, Argentinaya qaçan erməni terrorçu |…
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1919-cu ilin oktyabrında Ermənistanın paytaxtı Yerevanda Daşnaksütyun Partiyasının IX qurultayı keçirildi.
Məqsəd Osmanlı imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət xadimlərinə qarşı qəsdlərin təşkil olunması idi.
Bəhs edilən dövr I Dünya Müharibəsinin bitdiyi zamana təsadüf edirdi.
Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyaları üçün məzar olan müharibə Qafqazda da ictimai-siyasi pərakəndəlik yaratmışdı.
Bundan istifadə edən erməni millətçi qüvvələr Daşnaksütyun Partiyasının simasında Ermənistanda hakimiyyəti ələ almışdı.
Nəhayət, onlar uzun müddət qarşılarında natamamlıq kompleksi keçirdikləri Osmanlı Türkiyəsinin rəhbər şəxslərini hədəfə ala biləcəkdilər.
Çünki dünya müharibəsində məğlub olan nəhəng imperiyanın siyasi xadimləri müdafiəsiz qalmışdılar.
Tam oxu
Xəbəri oxu