Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Brüsseldə imzalanan Avropa İttifaqı ilə Ermənistan arasında Strateji tərəfdaşlığın yeni imkanları, yeni gündəliyi mövzusunda tərtib olunan sənəddə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər” ifadəsi işlədir, eyni zamanda “Dağlıq Qarabağ” ifadəsi işlədir.
Hikmət Babaoğlu
“Azərbaycanın etiraz etdiyi məsələ bundan ibarətdir. Çünki bu cür ifadələr münaqişəni xatırlatmaqla, həm də Azərbaycanı zorakı tərəf kimi göstərməyə çağırışı göstərmiş olur. Azərbaycanın onlara vətəndaşlıq hüququ tanımasına baxmayaraq, Qarabağ erməniləri Azərbaycanı könüllü şəkildə tərk ediblər. Buna görə də diplomatik mətndə bu cür ifadələr işlədilən zaman bu, əlbəttə ki, sülh ruhuna uyğun gəlmir. Üstəlik də Ermənistan və Azərbaycan arasındakı indiki münasibətlərin ruhuna uyğun gəlmir. Mənə elə gəlir ki, belə bir mətnin tərtib olunmasında Ermənistanın vəErmənistan diplomatiyasının nə qədər günahı varsa, bir o qədər də Avropa diplomatiya sahəsinin günahı var. Çünki avropalılar həmişə selektiv və ikiüzlü diplomatiya həyata keçiriblər. Azərbaycan da buna etiraz edir”-deyə deputat qeyd edib.
İradə Cəlil, Bizimyol.info