Azərbaycanın veteran cüdoçusu 12 qat dünya çempionu olubVİDEO

05.11.2024

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.Azərbaycan Cüdo Federasiyasından Tribunainfo.az-a verilən məlumata görə, M8 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə ilə F.Rəcəbli usta cüdoçular arasında 12 qat dünya çempionu olub.90 kiloqram çəkidə mübarizə aparan Nazim Əliyev (M7) isə yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, mundiala noyabrın 7-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью