Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12 ci dəfə Avropa çempionu olub

22.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Milli.Az xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.

Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.

Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью