Azərbaycanın veteran gimnastı dünyasını dəyişib AZƏRTAC

04.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 yanvar, AZƏRTAC

Azərbaycanın veteran gimnastı Faiq Rəcəbov vəfat edib.

AZƏRTAC xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib. F.Rəcəbov yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. Gimnastika üzrə SSRİ idman ustası olan F.Rəcəbov Azərbaycanın yığma komandasının üzvü kimi SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü kimi çalışıb.

F.Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, F.Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью