Azərbaycanın veteranlarından daha 2 medal

24.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki,M4 yaş kateqoriyasında Elşən Kərimov (-60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (-60 kq) gümüş medala sahib olublar.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью