Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

24.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, qadın voleybolçuların Çelenc Kubokunda Yunanıstanın “Panionios” və Rumıniyanın “Korona Brasov” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Matçda ikinci hakim funksiyasını isə makedoniyalı Vlatka Ristovski yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstanda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью