Azərbaycanın voleybol hakimi Çempionlar Liqasının oyununa təyinat alıb AZƏRTAC

04.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, kişilər arasında Çempionlar Liqasının E qrupunda yer alan Bolqarıstanın “Levski Sofia” və Fransanın “Çaumont 52” komandalarının qarşılaşmasında birinci hakim olacaq. Görüşün ikinci hakimi lixtenşteynli Aleksander Sikanjicdir.

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью