Azərbaycanın voleybol hakimləri Türkiyə klublarının oyunlarına təyinat alıblar

24.01.2025

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıblar.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupunda yer alan Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” klublarının qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.

Fuad Hacıyev isə yanvarın 23-də qadın voleybolçular arasında CEV kubokunun pley-off mərhələsində “Türk Hava Yolları” və Belçikanın “Asteriks” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью