Azərbaycanın voleybol klubu CEV Çelenc Kubokunun 1/16 finalına yüksəlib

05.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Bakı klubu 1/32 final mərhələsinin ikinci görüşündə Danimarkanın "Holte IF" kollektivini sınağa çəkib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş təmsilçimizin 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “DH Volley” 1/16 finala yüksəlib.

Qeyd edək ki, komandalar arasında birinci qarşılaşmada "DH Volley" 3:1 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью