“Azərbaycanın vurulan təyyarəsi üçün” Ukraynalı hərbçidən maraqlı addım + FOTO AzPolitika onlayn siyasiictimai qəzet

08.01.2025

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Rusiyaya qarşı istifadə etdiyi artilleriya mərmisinin üzərinə “Azərbaycanın vurulan təyyarəsi üçün” sözlərini yazıb.

"AzPolitika" xəbər verir ki, onun bu addımı sosial şəbəkələrin Azərbaycan seqmentində böyük marağa səbəb olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazisində hücuma məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

"AzPolitika.info"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью