Azərbaycanın xalis maliyyə aktivləri 1.4 mlrd. dollara yaxın artıb

11.12.2024

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin 9 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon ABŞ dolları artıb.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon ABŞ dolları), portfel investisiyaları (724.5 milyon ABŞ dolları) və digər investisiyalar (82.4 milyon ABŞ dolları) hesabına formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179.6 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon ABŞ dolları), neft bonusu (457.8 milyon ABŞ dolları), portfel investisiyaları (-960.6 milyon ABŞ dolları) və digər investisiyalar (-1 441.2 milyon ABŞ dolları) hesabına formalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью