Azərbaycanın xalq artisti Rafiq Nəsirov vəfat etdi FOTO Yeni Çağ Media

29.11.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın xalq artisti Rafiq Nəsirov 78 yaşında vəfat edib.

Yenicag.az Trend.az-a istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14.00-da “Təzə Pir” məscidində baş tutacaq.

Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.

1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью