Icma.az bildirir, Metbuat portalına istinadən. Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.Metbuat.az xəbər ver
Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub.
1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb.
1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.Allah rəhmət etsin!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.